Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dağlıq Qarabağ problemi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir

0

  •         May ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq mərkəzinin "Cənubi Qafqaz - regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr keçirilmişdir. Tədbirdə dünyanın bir çox dövlətlərinin eks prezidentləri və siyasətçilər iştirak etmişlər. Müzakirələr zamanı çıxış edən prezident İlham Əliyev iştirakçıları və dünya ictimaiyyətini maraqlandıran bir çox məsələlərə aydınlıq gətirmişdir.​ ​Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ problemi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. 30 ilə yaxın bir müddətdə torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan bütün Beynəlxalq tribunalardan dəfələrlə bəyan etmişdir ki, nə qədər ki, Ermənistan Azərbaycanın işğal altındakı əzəli və əbədi torpaqlarını boşaltmayıb, onlarla Azərbaycan arasında heç bir Beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Hadisələrin sonrakı gedişi də göstərdi ki, Ermənistanın yanlış mövqeyi bu ölkənin iqtisadiyyatına nə qədər böyük zərbə vurmuşdur. Zəngin karbohidrogen ehtiyatlarına malik, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın iştirakı olmadan bu regionda heç bir Beynəlxalq Layihələrin reallaşması mümkün deyildir. Məhz Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyin nəticəsində onlar Azərbaycanın regionda həyata keçirdiyi bütün Beynəlxalq Layihələrdən kənarda qalmışdır. Hansı ki, həmin layihələrdə iştirak etməsi Ermənistan iqtisadiyyatına böyük töhfələr verə bilərdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti vurğuladı ki, Ermənistan başa düşməlidir ki, 30 il bundan əvvəl Azərbaycan ərazilərini işğal etməklə böyük səhvə yol vermişlər. Onlar işğal etdikləri ərazilərdə nəinki hər hansı bir tikinti-abadlıq, quruculuq işləri həyata keçirmiş, əksinə bütün yaşayış məntəqələrini-şəhərləri, kəndləri vəhşicəsinə darmadağın etmişlər. Bütün kommunikasiyaları, infrastrukturu məhv etmişlər. Əslində zəif iqtisadiyyata malik, heç bir yeraltı və yerüstü sərvəti olmayan Ermənistannın hər hansı bir quruculuq işləri görməyə iqtisadi gücü də yoxdur. Amma barbarlıq onların xislətində vardır ki, onu da işğal etdikləri Azərbaycan torpaqlarında bir daha nümayiş etdirmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan bizimlə qonşu olduğunu da xatırlamalıdır. Onlar başa düşməlidirlər ki, biz daim yan-yana yaşamalıyıq. Bunun heç bir alternativi yoxdur. Onlar kini, küdurəti, düşmənçiliyi kənara qoyub bizimlə dinc-yanaşı yaşamağı öyrənməlidirlər. Ermənistan nə qədər bu məsələlərə diqqətlə yanaşarsa, alınmış dərslərdən nə qədər tez nəticə çıxararsa, bu onların özü üçün daha faydalı olar.​ ​ ​ ​ ​ ​ ​ ​         Eyni zamanda ölkə prezidenti Beynəlxalq İctimaiyyət qarşısında bir daha nümayiş etdirdi ki, işğaldan azad olunmuş ərazilərdə, Ermənistanın kapitulyasiya aktına imza atdığı gündən, quruculuq işlərinə başlanılmışdır. Artıq cari ilin büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması üçün bir milyard üç yüz min dollar vəsait ayrılmışdır və quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, burada görülən işlər üçün heç bir Beynəlxalq Mailiyyə qurumundan, heç bir bankdan kredit götürmək niyyətində deyildir. Çünki bizim kifayət qədər valyuta ehtiyatımız vardır. Digər tərəfdən də işğaldan azad edilmiş ərazilərdə investisiyaların qoyuluşu üçün çox böyük imkanlar mövcuddur və bu imkanlardan istifadə etmək üçün Beynəlxalq investorları da bu işlərə cəlb edəcəyik.​ ​ ​ ​ ​ ​ ​         Prezidentin son çıxışı bir daha sübut etdi ki, ölkəmiz artıq dünya ölkələri arasında özünün layiqli yerində möhkəmlənməkdədir və dünya dövlətləri bir çox məqamlarda bizim güclü mövqeyimizlə hesablaşırlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Ələddin Əhmədov, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib29 dəfə
    Dağlıq Qarabağ problemi artıq mövcud deyil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir

    Maraqlı gələ bilər
    39
    34